Çavuşoğlu Ermənistanla bağlı yeni xəbəri açıqladı: Biz əvvəlcə bunun olmasını istəyirik

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ermənistanla münasibətlərin normallaşması prosesi ilə bağlı açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, tərəflər arasında ilk toplantı Moskvada baş tutacaq:

“Hər iki tərəf xüsusi nümayəndələri təyin etdi. İlk toplantı Moskvada baş tutacaq. Biz ilk toplantıdan əvvəl birbaşa əlaqənin qurulmasını istəyirik. Qarşılıqlı səfərlər də daxil olmaqla təmas qurularaq, yol xəritəsinin müəyyən edilməsini istəyirik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR