Azərbaycanın qızıl ixracından gəlirləri artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 184,7 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 0,54% çoxdur.

Metbuat.az -ın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən verdiyi məlumata görə, 2020-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 183,7 mln. dollar təşkil edib.

Belə ki, noyabr ayında isə Azərbaycan 18,6 mln. dollarlıq qızıl ixrac edib ki, bu da illik müqayisədə 24,1% azdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR