Gəncədə avtomobildə silah-sursat aşkarlanıb

Gəncədə avtomobildə silah-sursat aşkarlanıb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan nömrəsi silinmiş “Makarov” markalı tapança və 4 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR