Məşhur müğənni Amerikada əməliyyat olunacaq

Rusiyalı müğənni Avraam Russo ABŞ-da xəstəxanalardan birinə yerləşdirilib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, ifaçını ağır əməliyyat gözləyir. Buna səbəb isə onun 16 il əvvəl aldığı zədə olub.

Russonun meneceri mediaya açıqlamasında "Abraam Russonun bud hissəsinə 16 il əvvəl bir dəmir yerləşdirilib. Bu isə illərdir onun qan dövranının pozulmasına səbəb olub. İndi əməliyyatla damar açılacaq və qan dövranının yaxşılaşdırılmasına çalışılacaq" sözlərini deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR