"İmperator" "Cim-Bom"dan getdi -

Xəbər verdiyimiz kimi, İstanbulun "Qalatasaray" klubu "imperator" ləqəbli baş məşqçisi Fatih Terimlə yollarını ayırıb.

Metbuat.az NTV spor-a istinadən xəbər verir ki, İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiolanın köməkçisi Domenek Torren Türkiyə "Qalatasaray"a gələ bilər. İstanbul təmsilçisinin 60 yaşlı ispaniyalı mütəxəssislə əlaqə saxladığı bildirilir.

Bundan başqa, rəhbərlik bu posta namizəd kimi Okan Buruku da görür. Lakin idarəçilər 49 yaşlı mütəxəssisin doğru seçim olub-olmadığına qərar verə bilmirlər.

"Cim-Bom"un yeni baş məşqçisinin qısa zaman ərzində seçməsi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR