Türkiyəli vəkil: "Emreliyə yazırlar ki, Polşaya gələndə gününü görəcəksən"

"Legiya" azarkeşləri hələ də sosial şəbəkələr vasitəsilə futbolçunu təhdid edir".

Metbuat.az xəbər verir ki, bu sözləri Mahir Emrelinin vəkili Anıl Dinçer "Report"a müsahibəsində deyib.

"Legiya" da FIFA-ya müraciət etməyə hazırlaşır. Sadəcə, özlərini vicdanlı, mehriban göstərməklə haqlı olduqlarını sübut etməyə çalışırlar. Bizə yazıblar ki, bəli, belə bir hadisə baş verdiyi üçün çox məyusuq. İnsidentdən sonr polislə əlaqə saxladıqlarını və təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı təminat aldıqlarını söylədilər. Hətta dedilər ki, Mahir istəsə, Polşada aeroporta endiyi zaman ona şəxsi mühafizəçi ayıracağıq və şəhərdə yanında olacaq. Əslində bunları söyləməkdə məqsədləri özlərini yaxşı göstərməkdir. Halbuki heç birini etməyəcəklər. Həmçinin bir mühafizəçi ilə Mahirin təhlükəsizliyini təmin edə bilməzlər. Çünki "Legiya" azarkeşləri hələ də sosial şəbəkələr vasitəsilə futbolçunu təhdid edir. Bu gün özü ilə bu barədə danışdıq. Yazırlar ki, Polşaya gələndə gününü görəcəksən. Mənim qarşı tərəfə cavabım isə belə oldu: "Deyirsiniz ki, hadisə baş verən gün polis avtobusu müşayiət edirdi. Polis isə həmin vaxt orada olmadığını bildirib". Kimin doğru, kimin yalan dediyi bilinmir. Polisin orada olduğunu əslində biz də bilirik. Məsələ odur ki, polis "Legiya" çağırdığı üçün deyil, orada olmalı olduqları üçün orada idi.

Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə Polşa "Legiya"dan ayrılmaq istəyir. Buna səbəb isə oyunçunun azarkeşlərlə bağlı məlum insidentdən sonra Polşaya qayıtmaq istəməməsidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR