Qan azlığının hansı simptomları var? -

"Saç tökülməsi, əl ayaqlarda spazmın olması, yeriyərkən baş gicəllənmə, təzyiqin oynaması, ürək döyüntülərinin çox olması kimi simptomlar qan azlığının göstəricisidir".

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev qan azlığı (anemiya) ilə bağlı çıxışında deyib. O bildirib ki, passiv həyat tərzi də bu xəstəliyə səbəb ola bilir.

Ekspertin sözlərinə görə, 2020-ci ildə Azərbaycanda anemiyalardan əziyyət çəkən 43 188 nəfər olub:

“2020-ci ildə Azərbaycanda anemiyalardan əziyyət çəkən 43 188 nəfər qeydiyyata alınıb. Bu isə o deməkdir ki, ölkədə hər 100 min nəfərə 433 belə xəstə düşür".

Həmçinin mütəxəssis qeyd edib ki, son zamanlar, yəni 2016-cı ildən 2020-ci ilə qədər anemiyadan əziyyət çəkənlərin sayında azalma müşahidə olunur.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR