Ukraynada gündəlik yoluxma sayı 10 min nəfəri ötüb

Ukraynada ötən sutka ərzində koronavirusa yoluxanların sayı 10 569 nəfər olub.

Metbuat.az xəbər verir ki, onlardan 727-si uşaq, 229-u isə tibb işçisidir. Son sutkada test nəticəsi pozitiv çıxan 127 nəfər ölüb, 6 172 nəfər xəstəlikdən sağalıb.

Ümumilikdə, Ukraynada bu günədək 3 748 079 nəfər COVID-19-a yoluxub. Onlardan 98 195 nəfəri ölüb, 3,5 milyondan çoxu sağalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR