Küçələrə Türkiyə bayraqları asıldı: Ərdoğanın gəlişini gözləyirlər -

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyaya səfər edəcək.

Metbuat.az xəbər verir ki, yerli dairələr səfərlə bağlı paytaxt Tiranada hazırlıqlar görüb. Ərdoğanın keçəcəyi küçələrə Türkiyə bayraqları asılıb. Məlumata görə, Ərdoğan Tiranada bir sıra tədbirlərdə və açılış mərasimlərində iştirak edəcək. Bildirilir ki, Tiranadakı Ethem Bəy məscidinin açılışını da türk lider edəcək.

Ərdoğan səfər çərçivəsində Albaniyanın hökumət və dövlət rəhbərləri ilə də bir araya gələcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR