Hindistan S-400-ləri Çinə qarşı aktiv vəziyyətə gətirdi

Hindistan Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərini aktiv vəziyyətə gətirib.

Metbuat.az xəbər verir ki, bu barədə Hindistanın rəsmi mənbələri məlumat yayıb. Məlumata görə, ordunun balansında olan müdafiə sistemləri Çin sərhədinə yaxın bölgəyə yerləşdirilib. Bildirilir ki, Hindistanın Rusiyadan ümumilikdə 5 S-400 sistemi alacağı gözlənilir. Onların hamısı Çin təhdidlərinə qarşı fəaliyyət göstərəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR