x
Loading...

Milli Qəhrəman İsgəndər Aznaurovun anası VƏFAT ETDİ - FOTO

Milli Qəhrəman İsgəndər Aznaurovun anası bu gün vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə Azerbaycanda yaşayan Ahıska Türkleri VATAN İctimai Birliyi məlumat yayıb. Birinci Qarabağ Müharibəsi şəhidi, Milli Qəhrəman İsgəndər Aznaurovun anası Kamilə Aznaurova bu gün 86 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, İsgəndər Aznaurov 1956-cı il avqustun 16-da Özbəkistan Respublikasının Buxara vilayətində anadan olub. 1980-ci illərin sonlarında Fərqanədə milli zəmində baş verən məlum hadisələrdən sonra bir çox ahıska türk ailəsi kimi onların ailələri də Azərbaycana pənah gətirib və Şəmkir rayonunun Kür qəsəbəsində məskunlaşıblar. 1992-ci ildən Azərbaycan Ordusunda könüllü olaraq zabit kimi xidmət edən İsgəndər Aznaurov Gədəbəy rayonunun Şınıx bölgəsində erməni quldur dəstələrinə qarşı mərdliklə vuruşub, Mutludərə, Ər dağı, Ləzgi daşı və digər strateji yüksəkliklərdə şəxsi şücaət nümunələri göstərib.

1993-cü il 18 apreldə Gədəbəydə "Örükdaş"da düşmənin 13 texnikasına qarşı, 3 növ texnika ilə vuruşub. Səhhətində problemlər yaranmasına baxmayaraq müalicə almaqdan imtina edib, daha sonra arxa cəbhədəki mövqeyini tərk edərək minalanmış geniş ərazini keçərək ön cəbhəyə - döyüşlərin ən qızğın hissəsinə yollanıb. Orada gedən atışmalar zamanı Aznaurovun topu düşmən hədəfinə tuş gəlir və qəhrəmancasına həlak olur.

Azərbaycan xalqı arasında "Topçu İsgəndər" kimi tanınır.

1993-cü ilin baharında şəhid olan İsgəndər Aznaurova ulu öndərimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib. Onun adına yaşayış məntəqəsi, küçə və məktəb var. Vaxtilə döyüşdüyü səngər bu gün “İsgəndər qalası” adlanır.

Bir 1 nəfər rəngsiz şəkli ola bilər

Kamilə Aznaurova


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR