Snoop Dogg paylaşımı ilə Xalq artisti Qədir Rüstəmovu təhqir etdi -

Dünyaca məşhur reper Snup Doq İnstaqram hesabında mərhum Xalq artisti Qədir Rüstəmovla bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, sənətçi “Clips” adlı instaqram səhifəsinin paylaşımını öz stori bölümündə yerləşdirib. O, məşhur xanəndəmizin ifalarından birini yayımlayaraq ona qarşı ingilis dilində təhqiramiz ifadə işlədib.

Paylaşımda “Ay Zaur” proqramından olan arxiv görüntülərdə Qədir Rüstəmovun muğam oxuyur. Həmçinin, videoda 2017-ci ildə vəfat edən Xalq artisti Qəndab Quliyeva, aparıcı Zaur Kamal da yer alıb.

Qeyd edək ki, xanəndə 2011-ci ildə vəfat edib.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR