Rusiyadan Ərdoğanın təklifi barədə açıqlama: Eşidəndən sonra buna maraq göstərdik

“Rusiya və Ukraynanı Türkiyəyə danışıqlar aparmağa dəvət edən Türkiyənin Donbasdakı təmsilçiləri də dialoq masasına çağırması önəmlidir”.

Metbuat.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov belə açıqlama verib. O bildirib:

“Türk həmkarlarımızın Donbasdakı təmsilçiləri də dəvət etməyə hazır olduğunu eşitdik. Bu çox önəmlidir və bu məsələyə maraq göstərdik. Ukrayna tərəfinin də bu məsələyə maraq göstərib-göstərmədiyini öyrənmək istəyirik”.

Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putin və ukraynalı həmkarı Vladimir Zelenskini Türkiyəyə dəvət edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR