"Omicron"dan daha yoluxucu ştamlar ola bilər

“Koronavirusun gələcək ştamları "Omicron"dan daha yoluxucu ola bilər”.

Metbuat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerxove deyib.

Onun sözərinə görə, virus nə qədər çox yayılsa, bir o qədər çox dəyişikliklər baş verəcək. Ekspert bildirib ki, "Omicron" müzakirə ediləcək son variant olmayacaq və gələcəkdə narahatlıq doğuran ştamların olması daha real görünür.

"Koronavirusun yeni ştamlarının xassələri hazırda məlum deyil, lakin onların daha yoluxucu olacağına şübhə yoxdur, çünki onlar hazırda dövriyyədə olan variantları üstələməli olacaqlar”, - deyə M.Kerxove


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR