İranlı nazir Azərbaycana gəlir

Bu gün İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi yüksək səviyyəli heyətin müşayiəti ilə Azərbaycana səfər edəcək.

Metbuat.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

S.A.Musəvinin sözlərinə görə, iki ölkə arasında bir çox sahələrdə birgə böyük proyektlər var. İranlı nazirin səfəri çərçivəsində iki ölkə arasında enerji, sənaye, tranzit, kənd təsərrüfatı və digər sahələrdəki proyektlər haqda müzakirələr aparılacaq.

Səfər çərçivəsində iranlı nazir Azərbaycan rəsmiləri ilə görüşəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR