ÖLKƏ ŞOKDA: Prezidenti girov götürdülər -

Burkina-Faso prezidenti Rok Mark Kristian Kabore hərbçilər tərəfindən saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Röyters agentliyi məlumat yayıb. Məlumata görə, ötən gün prezidentin paytaxt Uaqaduquda yerləşən evində silah səsləri eşidilib. Ardınca isə prezidentin bir qrup əsgər tərəfindən saxlanıldığı barədə məlumatlar yayılıb. O, hərbi düşərgəyə aparılıb. Ölkədə komendant saatı tətbiq edilib. Təhlükəsizlik tədbirləri gücləndirilib. Bəzi ərazilərdə silah səsləri eşidilir.

Qeyd edək ki, Burkina-Fasoda bir qrup hərbçi 2015-ci ildən ölkəni idarə edən 65 yaşlı prezidentin istefasını tələb edirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR