Serbiyada fabrikdə partlayış olub, 2 nəfər ölüb

Serbiyanın qərbindəki Sremsk-Mitrovisa şəhəri yaxınlığında yerləşən gübrə fabrikində baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində kimyəvi maddələrin ətraf mühitə sızmasının qarşısı alınıb.

Fabrik nümayəndəsi partlayışın səbəbi barədə məlumata verməkdən imtina edib. Bildirib ki, rəsmi istintaqın cavabını gözləyəcəklər.

Sremsk-Mitrovisa Polis İdarəsi hadisənin səbəbini araşdırır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR