Şimali Koreya növbəti raket buraxılışını sınaqdan keçirdi

Şimali Koreyanın Yapon dənizinə doğru iki qanadlı raket atdığı iddia edilir.

Metbuat.az xəbər verir ki, bu barədə "Reuter"s Cənubi Koreyanın Yonhap agentliyinə istinadən yazıb. Nəşrin məlumatına görə, hərbçilər Yapon dənizinin şərq sahilindən mərmilər tapıblar. Hazırda mərmilərin növünü daha dəqiq müəyyən etmək üçün əldə edilən məlumatları öyrənirlər.

Bundan əvvəl KXDR dörd ballistik raket sınağı həyata keçirib , sonuncusu isə yanvarın 17-də baş tutub. Şimali Koreya ordusunun məlumatına görə, iki taktiki idarə olunan raket Yapon dənizindən hədəfi vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR