Rövşanədən televiziyaya çıxan qadınlara SƏRT SÖZLƏR:

"Qadının nikahı, evi yoxdur amma 5 uşaq dünyaya gətirib. Gəlir televiziyanın qarşısına deyir, mənə kömək edin".

Metbuat.az xəbər verir ki, bunu Rövşanə Ağasəfqızı MTV Azərbaycan kanalnda yayımlanan “Üzə-düz” verilişində deyib:

" Axı o uşaqları yedirtmək, oxutmaq var. Uzaq başı sığınacaq üçün harasa müraciət edə bilərəm. Ailə quranda nikahsız bu addımı atmayın. Nikah sabah boşanmada alimentdir, ev bölgüsüdür. Uşağa məktəbdə lazım olur. Mental dəyərlər üçün lazımdır. Düzdür, indi vətəndaş nikahı ilə yaşayanlar da var, bu normaldır. Nikahsız uşaq üçün gəlib tv-yə kömək istəyirlər axı nə qədər.

Həə, ola bilər ki, bir imkanlı şəxs çıxacaq sənə 3, 5 min kömək edəcək, uşağını müalicə edəcək və s. Bununla iş bitmir e. Bir çox verilişlər var ki, bunun üzərindən reytinq yığmaq üçün o qədər şoulaşdırırlar ki... bayağılaşdrırlar. Insanlar da bunu anlamırlar, deyirlər, gedib filan verilişə çıxım, həll olunacaq!"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR