Fransa hökuməti "Marsel" - "Qarabağ" oyunu ilə bağlı qərarını

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində "Marsel"lə səfər oyunu Fransada baş tutacaq.

Metbuat.az xəbər verir ki, bu barədə “Foot-national” nəşri məlumat yayıb.

Fransanın idman naziri Roksana Marasinyanu Çin və Rusiya peyvəndindən istifadə edən idmançıların ölkəyə gələ biləcəyini açıqlayıb. "Marsel"in müraciətinə cavab olaraq “Qarabağ”la görüşün doğma meydanda keçirilməsinə icazə verilib.

Qeyd edək ki, komandalar arasında Fransadakı görüş fevralın 17-də, cavab matçı isə fevralın 24-də Bakıda keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR