Afət Fərmanqızının ərinin həbsinin TƏFƏRRÜATI: Rüsvayçı mesajlar, şantaj, xəsarət -

Xəbər verdiyimiz kimi, müğənni Afət Fərmanqızının əri Mamed Nanacanov həbs olunub.

Metbuat.az xəbər verir ki, Oxu.az Mamed Nanacanovun həbsi ilə bağlı təfərrüatları əldə edib.


Məlumata görə, tərəflər arasında sonuncu insident Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən çay evində baş verib. Orada M.Nanacanov Sumqayıt şəhər sakini Vaqif İsayevi külqabı ilə vuraraq ona xəsarət yetirib.

Bundan başqa məlum olub ki, Nanacanovun İsayevi hədələməsi ilə bağlı konkret təkzibedilməz sübutlar var. Belə ki, Nanacanov İsayevə müxtəlif vaxtlarda SMS mesajlar yazaraq 200 min dolları verməyəcəyi təqdirdə onu və ailə üzvlərini öldürəcəyini, habelə başlarına rüsvayçı hadisələr gətirəcəyini bildirib, zərərçəkən şəxsi ağır söyüşlərlə təhqir edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR