Azərbaycan kuboku: Daha iki qarşılaşma baş tutacaq

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Metbuat.az xəbər verir ki, bu gün də iki qarşılaşma baş tutacaq.

Günün ilk matçında “Zirə” “Səbail”i qəbul edəcək.

Növbəti matçda isə “Sumqayıt” doğma azarkeşləri önündə “Qəbələ”ni sınağa çəkəcək.

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk günündə “Qarabağ” – “Keşlə” (1:0) və “Neftçi” – “Sabah” (1:1) matçları keçirilib.

Azərbaycan kuboku
1/4 final, ilk oyunlar
2 fevral (çərşənbə)

17:00. “Zirə” – “Səbail”
Baş hakim: Kamal Umudlu
Zirə İdman Kompleksinin stadionu

19:15. “Sumqayıt” – “Qəbələ”
Baş hakim: Rauf Cabarov
“Kapital Bank Arena”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR