Ermənistanda prezident seçkilərinin vaxtı bəlli oldu:

Ermənistanda prezident seçkiləri mart ayında keçiriləcək.

Metbuat.az xəbər verir ki, bu barədə cümə axşamı Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

“Ümid edirəm ki, martda keçiriləcək seçkilərə qədər siz yüksək texnologiyalar sənayesi nazirinin vəzifələrini tam şəkildə yerinə yetirəcəksiniz və bu müddət ərzində biz səmərəli işləyəcəyik”, - Paşinyan prezidentliyə namizəd, yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyana müraciət edərək belə deyib. Paşinyan bildirib ki, Xaçaturyanın namizədliyini parlamentin 65 deputatı irəli sürüb və bu, hakimiyyətdən gələn namizədin prezident seçiləcəyinə inam yaradır.

Qeyd edək ki, Ermənistan prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verdiyini açıqlayıb. Əsas səbəb kimi o, dövlət başçısına xarici və daxili siyasətin fundamental proseslərinə təsir etməyə imkan verməyən lazımi səlahiyyətlərin olmadığını göstərib. Fevralın 1-dən prezidentin səlahiyyətlərini parlamentin sədri Alen Simonyan icra edir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR