Messi PSJ-yə uyğunlaşmaqda çətinlik çəkir

Lionel Messi Fransanın PSJ klubuna uyğunlaşmaqda çətinlik çəkir.

Metbuat.az "El Confidencial" nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı hücumçu bunu Barselona şəhərindəki dostlarına söyləyib.

Argentinalı forvard ötən həftə İspaniyaya səfər edib, sabiq komanda yoldaşları Serxio Buskets və Xordi Alba ilə görüşüb. Messi "Barselona"nın baş məşqçisi Xavi ilə də danışıb. Təcrübəli futbolçu onlara PSJ-yə uyğunlaşa bilmədiyini deyib.

Qeyd edək ki, Lionel Messi 2021-ci ilin yayında "Barselona"dan ayrılaraq PSJ-yə keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR