Putin Makrona ŞOK YAŞATDI: "Sən" deyə çağırdı, yaxına buraxmadı... - Qərbə SƏRT MESAJ /

Moskvada Rusiya prezidenti Vladimir Putinlə Fransanın dövlət başçısı Emmanuel Makron arasında baş tutan görüş siyasi bəyanatları ilə deyil, liderlərin əyləşdiyi masa ilə dünya mediasının diqqətini cəlb edib. Məsələ burasındadır ki, dövlət başçılarının əyləşdiyi masanın uzunluğu 10 metrə yaxın olub.

Metbuat.az xəbər verir ki, bəzi siyasətçiləri bunu pandemiya ilə əlaqələndirsələr də, ekspertlərin sözlərinə görə, Putin bununla qərbə mesaj verib. Hesab edilir ki, Putin qərblə məsafə saxladığını, onlara guvənmədiyini nümayiş etdirmək istəyib. Həmçinin, görüş zamanı dövlət başçılarının bir-birilərinə “sən” deyə müraciət etməsi diqqət çəkib ki, bu da dövlət başçıları arasında rəsmi görüşlərdə nadir müraciət formasıdır. Görüş zamanı Putinin olduqca rahat, Makronun isə narahat olması diqqətdən yayınmayıb. Fransa liderinin baxışlarındakı üzüntü siyasətçilərinin diqqətini çəkib.

Görüşlə bağlı fotolar sosial şəbəkələrdə müzakirələrə və zarafatlara səbəb olub. Liderlərin görüşü zamanı çəkilmiş fotolarla ilə bağlı çox sayda “caps”lər yaradılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR