"Liverpul"un ulduzu "Barselona" ilə danışıqlara başladı

Seneqal yığmasının heyətində Afrika Millətlər Kubokunun qalibi olan Sadio Mane "Barselona" ilə danışıqlar aparır.

Metbuat.az-ın məlumatına görə, 29 yaşlı seneqallı yay transfer dövründə Kataloniya təmsilçisinin heyətinə qoşulacaq.

Mane üçün "Liverpul"a təklif olunan məbləğ isə açıqlanmır.

Qeyd edək ki, 2016-cı ilin yayında "Sauthempton"dan "Liverpul"a transfer edilən Mane "qırmızılar"ın heyətindən keçirdiyi 240-dan çox oyunda 107 dəfə rəqib qapılarına yol tapıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR