Kirayə mənzil üçün 30 min pul ödədi: Evə baxmağa gedəndə ŞOKA DÜŞDÜ -

Türkiyəli müğənni Ebru Elver maklerlər tərəfindən aldadılıb.

Metbuat.az xəbər verir ki, İstanbulda kirayə ev üçün 6 aya görə 30 min lirə ödəyən sənətçi, 10 gün sonra mənzilə baxış keçirmək istəyib. Lakin qapını onun üzünə başqası açıb. Sakin ona bildirib ki, bu ev onundur və mənzili kirayə vermir. Sənətçinin sözlərinə görə, ona mənzilin fotoları nümayiş olunanda bəyənib və ödənişi əvvəlcədən edib.

Aldadıldığını başa düşən sənətçi polisə şikayət edib. Makler isə yoxa çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR