Ölümdən sonrakı həyat barədə araşdırma apardı: Açıqlamaları etirazlara səbəb oldu

Məşhur fizik Sean Kerollun ölümdən sonrakı həyat barədə apardığı araşdırmalar etirazlara səbəb olub.

Metbuat.az xəbər verir ki, alim araşdırmanın nəticəsinə əsasən iddia edib ki, insan öləndən bir müddət sonra ağlı yerində olur. Lakin bir müddət sonra ağılla fiziki bədən arasında bağlantı tamamilə ayrılır. Alimin iddiasına görə, bu səbəbdən ölümdən sonrakı həyatın olması mümkün deyil. “İnsanın fiziki quruluşu ilə ağıl quruluşu bir-birinə bağlıdır. İnsanın ölümündən sonra yaşaması üçün onlar əvvəldən ayrı olmalı idi” - deyə elm adamı bildirib.

Elm adamı iddia edir ki, insan həyatını itirəndən sonra ruh da yox olur. Kerollun açıqlamaları müsəlman elm adamları arasında etirazla qarşılanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR