Bayden Ukrayna ətrafındakı vəziyyətlə bağlı müşavirə keçirdi

ABŞ Prezidenti Cozef Bayden milli təhlükəsizlik üzrə köməkçiləri ilə Rusiya və Ukrayna sərhədindəki vəziyyətlə bağlı müşavirə keçirib.

Metbuat.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

ABŞ administrasiyası Ukrayna ətrafında hazırkı böhranın “kritik nöqtəyə” keçə biləcəyindən ehtiyat edir.

Ağ Ev, həmçinin Baydenin Ukraynadakı vəziyyətlə bağlı Kanada, Fransa, Almaniya, İtaliya, Polşa, Rumıniya, Böyük Britaniya liderləri, həmçinin NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı aparacağını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR