Konfrans Liqası: "Fənərbağça" uduzub, "Lester" böyük hesabla qalib gəlib

UEFA Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.

Metbuat.az xəbər verir ki, "Seltik" öz meydanında Norveç "Budyo Qlimt"inə 1:3 hesabı ilə uduzub.

Türkiyədə isə "Slaviya" "Fənərbağça"nı 3:2 hesabı ilə yenib. bundan başqa, gecənin qarşılamasında Çexiya təmsilçisi "Sparta" öz meydanında Serbiya "Partizan"ına minimal hesabla məğlub olub.

Liqada böyük hesabla bitən yeganə qarşılaşması isə İngiltərə "Lester"i ilə Danimarka "Randers"i arasında olub. Belə ki, "Lester" 4:1 hesabı ilə rəqibini darmadağın edib.

17 fevral

21:45. PSV (Niderland) - "Makkabi" (Təl-Əviv, İsrail) - 1:0

21:45. "Fənərbağça" (Türkiyə) - "Slaviya" (Praqa, Çexiya) - 2:3

21:45. "Midtüllan" (Danimarka) - PAOK (Yunanıstan) - 1:0

21:45. "Rapid" (Vyana, Avstriya) - "Vitess" (Niderland) - 2:1

00:00. "Marsel" (Fransa) - "Qarabağ" (Azərbaycan) - 3:1

00:00. "Lester" (İngiltərə) - "Randers" (Danimarka) - 4:1

00:00. "Seltik" (Şotlandiya) - "Budyo Qlimt" (Norveç) - 1:3

00:00. "Sparta" (Praqa, Çexiya) - "Partizan" (Serbiya) - 0:1

Qeyd edək ki, komandalar arasında cavab matçları fevralın 24-də olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR