Avropada qazın qiyməti

Avropada qazın qiyməti fevralın 14-dən bəri ilk dəfə olaraq 1000 kubmetr üçün 960 dollardan yuxarı qalxıb.

Metbuat.az xəbər verir ki, bu barədə London Fond Birjası məlumat yayıb. Qeyd olunur ki, Hollandiyanın TTF qovşağında mart fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 960,6 dollara yüksəlib. Günün əvvəlindən qazın qiymətində ümumi artım təxminən 2,8% təşkil edib.

Qeyd edək ki, Almaniya kansleri Olaf Şolz çərşənbə axşamı deyib ki, Berlin Rusiyanın Donetsk və Luqansk Xalq Respublikalarını tanımasından sonra “Şimal axını 2” layihəsinin sertifikatlaşdırılmasını dayandırır. Daha sonra Almaniyanın xarici işlər naziri Annalena Burbok baş verənlərin fonunda “Şimal axını 2” layihəsinin dondurulduğunu bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR