Rəşad İlyasov kitab oxumaqla arasının çox yaxşı olduğunu, lakin mütaliənin onun vaxtını çox aldığını bildirdi. Tünzalə Ağayeva müxtəlif səpkidə kitablar oxuduğunu, əsasən insan əxlaqı, İslam əxlaqı ilə bağlı kiatblar oxuduğunu söylədi. Elnur Məmmədov və Səməd Səmədovun isə qətiyyən kitab oxumaqla arası yoxdur.
Müğənni Samira Allahverdi isə hər hansı məlumat almaq istədikdə bu məlumatı internet vasitəsilə aldığını dedi. Nadir Qafarzadə əvvəllər kitab oxuduğunu, lakin indi buna vaxtı olmadığını dedi.