Odessa yaxınlığında 3 azərbaycanlını güllələyib öldürdülər -

Ötən gün gecə saatlarında Odessa şəhərindən 60 km aralıda ölkəni tərk etmək istəyən həmvətənlərimizin maşını diversiya qrupu tərəfindən atəşə tutulub.

Metbuat.az xəbər verir ki, bu barədə azxeber.com-a açıqlamasında Odessada yaşayan tanınmış diaspor sədri Anar Ağazadə söyləyib. O, sərhəd qoşunlarının formasında diversiya qrupu olduğu ehtimal olunan silahlılar tərəfindən həmvətənlərimizin 7-8 maşından ibarət olan kalonunun atəşə tutulduğunu deyib:

"Onların maşınlarını Pridnestrovye ilə sərhəd Kuçurqan keçid məntəqəsi yaxınlığında gülləbaran ediblər. Hadisə nəticəsində 3 həmvətənimiz dünyasını dəyişib, 4-5 yaralı var. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, günahsız insanların qanına susamış terrorçuların bəlasını versin!"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR