Rusiyanın bu bankları SWIFT-dən çıxarılacaq

Beynəlxalq sanksiyalara məruz qalmış bütün Rusiya bankları və lazım gələrsə, digər banklar da SWIFT maliyyə sistemindən çıxarılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin mətbuat xidməti Qərb liderlərinin şənbə günü axşam (26 fevral) baş tutan danışıqlarından sonra bildirib.

Qeyd olunub ki, ABŞ, Fransa, Kanada, İtaliya, Böyük Britaniya, Avropa Komissiyası və Almaniya Ukraynada rus qoşunlarının davam edən hücumlarına cavab olaraq Rusiyaya qarşı əlavə sərt maliyyə sanksiyaları tətbiq etmək qərarına gəliblər:

“Artıq beynəlxalq ictimaiyyətin sanksiyalarına məruz qalmış bütün Rusiya bankları və lazım gələrsə, digər Rusiya bankları SWIFT beynəlxalq ödəniş sistemindən kənarlaşdırılacaq. Bu, həmin qurumları beynəlxalq maliyyə axınlarından təcrid etmək məqsədi daşıyır ki, bu da onların qlobal fəaliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR