“Qazprom”un maliyyə meneceri intihar etdi -

Rusiyanın Leninqrad vilayətində “Qazprom” şirkətinin Korporativ Təhlükəsizlik üzrə Vahid Hesablaşma Mərkəzinin baş direktor müavini Aleksandr Tyulyakovun meyiti tapılıb.

Metbuat.az xəbər verir ki, 61 yaşlı Tyulyakovun intihar etdiyi məlum olub.

Məlumata görə, o, özünü qarajda asaraq öldürüb. Hadisə fevralın 25-də baş verib. İntiharın səbəbi məlum deyil.

Qeyd edək ki, Aleksandr Tyulyakov 2014-cü ilin mart ayından Rusiyanın 9 bölgəsinə yanacağın ixracı və daşınması ilə məşğul olan “Qazprom”un 100% törəmə şirkəti olan “Qazprom Transgaz Sankt-Peterburq”da korporativ təhlükəsizlik və insan resursları üzrə baş direktor müavini vəzifəsində çalışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR