Bu gün Belarusda konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilir.

Metbuat.az xəbər verir ki, əsas dəyişikliklər aşağıdakılardır:

- Lukaşenko iki dəfə daha prezident seçilə biləcək, yəni 2035-ci ilə qədər hakimiyyətdə qalmaq imkanına sahib olacaq.

- Konstitusiyadakı neytral və nüvəsiz dövlət statusu haqqında müddəalar ləğv edilir.

- Ölkə başçısının aldığı qərarlar prezidentlik dövrü başa çatandan sonra məhkəmədə sorğulana bilməz və barəsində cinayət işi açıla bilməz.