Ukrayna rus ordusunun məxfi sənədlərini ələ keçirdi -

Ukrayna Təhlükəsizlik Xidmətinin zabitləri Qostomel yaxınlığında rus hərbçilərinin məxfi sənədlərini ələ keçirib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

“İndi Ukrayna xüsusi xidmət orqanları və silahlı qüvvələri rus işğalçıları haqqında şəxsi məlumatları, həmçinin təcavüzkar ölkənin istifadə etdiyi məxfi parolları və şifrələri əldə ediblər. Bu, düşmənin ələ keçirilən danışıqlarının mahiyyətini anlamağa kömək edəcək”, - deyə məlumatda bildirilir.

Sənədlər arasında həmçinin:

- əsgər və komandirlərin çağırış işarələri ilə döyüş hesablanması;

- işğalçıların hərəkətlərinin sxemləri: hücum, geri çəkilmə, yanacaqdoldurma yolları və başqaları;

- Düşmənin simvolları, xüsusən də idarəetmə əmrlərinin şifrəsini açmaq.

“Daxil olan sənədlər məhkəmə üçün sübut bazası olacaq, işğalçıların hər bir adını nəzarətdə saxlamağa imkan verəcək və sağ qalanların hamısı cəzalandırılacaq”, - məlumatda deyilir.





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR