Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın respublika ərazisindən Ukraynaya atəş açdığını etiraf edib.

Metbuat.az xəbər verir ki, o, bu barədə bu gün jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Münaqişənin əvvəlində Belarusun cənubundan 2-3 raket zərbəsi endirilib, çünki Kiyev sərhədə yaxın 3-4 raket diviziyasını yerləşdirib” - Lukaşenko qeyd edib.

Belarus Prezidenti Ukrayna şəhərlərini atəşə tutan ruslara kömək etdiyini də etiraf edib.