Ukrayna Rusiyanı Haaqa Məhkəməsinə verdi

Ukrayna Haaqa Beynəlxalq Məhkəməsində Rusiyaya qarşı iddia qaldırıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski rəsmi Tvitter səhifəsində yazıb.

“Rusiya təcavüzünə haqq qazandırmaq üçün soyqırımı anlayışı ilə manipulyasiya etdiyinə görə məsuliyyət daşımalıdır. Biz Rusiyanın hərbi fəaliyyətini indi dayandırmasını tələb edən təcili qərarın verilməsini xahiş edirik və məhkəmələrin gələn həftə başlamasını gözləyirik”, - Zelesnki qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR