Fransa Rusiya üçün hava məkanını bağlayır

Fransa hava məkanını bütün Rusiya təyyarələri və aviaşirkətləri üçün bağlayır.

Metbuat.az xəbər verir ki, bu barədə Fransanın nəqliyyat naziri Jan-Batist Cebbari özünün tvitter hesabında bildirib.

Onun sözlərinə görə, qadağa bu axşamdan etibarən tətbiq olunacaq.

“Rusiyanın Ukraynaya təcavüzünə Avropa tam birliklə cavab verir” – nazir paylaşımında qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR