Putin müharibəni dayandırmaq üçün şərtləri

Kremlin mətbuat xidməti Rusiya Prezidenti Vladimir Putinin fransalı həmkarı Emmanuel Makronla danışığının təfərrüatlarını açıqlayıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, Putin Makronla telefon danışığı zamanı bildirib ki, Ukrayna ətrafında nizamlanma yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqları qeyd-şərtsiz nəzərə alınarsa mümkündür.

"Vladimir Putin vurğulayıb ki, belə bir nizamlanma yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqlarının qeyd-şərtsiz nəzərə alınması, o cümlədən Rusiyanın Krım üzərində suverenliyinin tanınması, Ukrayna dövlətinin demilitarizasiyası və denazifikasiyası vəzifələrinin həlli və onun neytral statusunun təmin edilməsi ilə mümkündür", - Kremlin məlumatında qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR