"Çelsi" bu həftə satıla bilər

Rusiyalı iş adamı Roman Abramoviç sahibi olduğu İngiltərənin "Çelsi" klubunu satmaq üçün bu həftə bir neçə təklif alacaq.

Metbuat.az xəbər verir ki, söhbət üç potensial alıcıdan gedir.

Abramoviçə həftə sonunadək tətbiq oluna biləcək mümkün sanksiyalar müqavilə bağlanmasına mane ola bilər. Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə Roman Abramoviçin Böyük Britaniyada yaşamasına qadağa qoyulub. İş adamı bu səbəbdən "Çelsi"nin idarəçiliyini London klubunun Xeyriyyə Fonduna təhvil verib.

Qeyd edək ki, Roman Abramoviç Premyer Liqa təmsilçisini 2003-ci ildə satın alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR