Açıq Avropa turnirində Azərbaycanı qadın cüdoçular təmsil edəcək

Martın 5-də Çexiyanın paytaxtı Praqada start götürəcək Açıq Avropa turnirində Azərbaycanı qadın cüdoçular təmsil edəcək.

Federasiyanın Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, iki gün davam edəcək yarışda baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında 6 idmançı mübarizə aparacaq.

Turnirə Aydan Vəliyeva, Aişə Qurbanlı (hər ikisi 48), Səbinə Əliyeva (52 kq), Fidan Əlizadə (57 kq), Aytac Qardaşxanlı (63 kq) və Südabə Ağayeva (70 kq) qatılacaq.

Qeyd edək ki, Açıq Avropa turnirində 46 ölkədən 589 (360 kişi, 229 qadın) idmançı mübarizə aparacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR