Komitə qərarını dəyişdi:

Beynəlxalq Paralimpiya Komitəsi (IPC) Rusiya və Belarus idmançılarının Pekin-2022 Qış Paralimpiya Oyunlarında iştirakına icazə verməyib.

Metbuta.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, komitənin prezidenti Endryu Parsons bildirib ki, oyunçular hökumətlərinin qərarlarının “qurbanı”dırlar.

Qeyd edək ki, dünən Beynəlxalq Paralimpiya Komitəsi (IPC) Rusiya və Belarus idmançılarının Pekin-2022 Qış Paralimpiya Oyunlarında iştirakına icazə vermişdi.

Bu şənbə günü Çində Qış Paralimpiya Oyunları başlayacaq. Rusiyadan 71, Belarusdan isə 12 idmançının iştirakı gözlənilirdi.

Gülər seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR