“Putinə deyin, Ukrayna şəhərlərini fərq qoymadan atəşə tutmağı dayandırsın”

“Rusiyanın barbar müharibə taktikası özünün vurduğu mülki insanların mərzu qaldığı əzabları manipulyasiya etməkdir”.

Metbuat.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Tvitter səhifəsində yazıb.

“İndi Lavrov (Rusiyanın xarici işlər naziri Sergey Lavrov – red.) Ukraynanı mülki əhalinin təxliyəsinin qarşısını almaqda ittiham edir. Rəhbərinizə deyin ki, Ukrayna şəhərlərini heç bir fərq qoymadan atəşə tutmağı dayandırsın. Dünyaya göstərin ki, Rusiya danışıqlara ciddi yanaşır”, - deyə Kuleba bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR