Ukrayna qazın ixracına qadağa qoydu

Ukraynadan qazın ixracı müvəqqəti olaraq qadağan edilib.

Metbuat.az xəbər verir ki,bu barədə Ukraynanın qaz anbarlarının operatoru "Ukrtransqaz" şirkəti məlumat yayıb.

Belə ki, Ukrayna Energetika Nazirliyi təbii qazın gömrük ərazisindən bütün bazar iştirakçılarına ixracına qadağa qoyub.

Bundan başqa, Ukraynanın yeraltı qaz anbarlarında “gömrük anbarı” rejimində saxlanılan qazın da ixracına qadağa qoyulub.

Məhdudiyyətlər Energetika Nazirliyinin 03 mart 2022-ci il tarixli 99 saylı əmri ilə Ukrayna ərazisində hərbi əməliyyatların aparılması ilə əlaqədar tətbiq edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR