Ərdoğanın Ukraynaya kömək etdiyi bir çox məsələlər var -

"Çox yaxşı münasibətlərimiz var. Oradan pilotsuz təyyarələr alınıb və bu, böyük köməkdir. Ərdoğanın Ukraynaya kömək etdiyi bir çox məsələlər var. Mən ona çox minnətdaram. Siyasi səviyyədə o, həm də bir çox addımlar atır ki, Rusiya Prezidenti müharibəni bitirməyin vacibliyini başa düşsün”.

Metbuat.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Ərdoğanla yaxın münasibətlərinin olduğunu vurğulayan Zelenski qeyd edib ki, Türkiyə gələcəkdə Ukraynanın təhlükəsizliyinin təminatçılarından birinə çevriləcək və Rusiya ilə danışıqlar prosesinə təsir göstərəcək:

"Dünya liderlərinin çoxunda belə bir imkan yoxdur. Çox adam istəyir, amma az adamda belə bir fürsət var. Ərdoğan çox güclüdür, çox ciddi prezidentdir və bizə kömək edir. Düşünürəm ki, Türkiyə Ukrayna üçün təhlükəsizlik təminatlarını təqdim edən ölkələrdən biri olacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR