Müharibədə doğulan ÜMİDLƏR:

Müharibə başlayandan Kiyevdə son 8 gündə 390 körpə doğulub.

Metbuat.az xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko özünün Teleqram kanalında məlumat verib.

O qeyd edib ki, Kiyev müdafiəyə hazırlaşmağa davam edir. Küçələrdə daha çox maneələr, məhdudlaşdırıcı bloklar və tank əleyhinə maneələr qurulub.

"Şəhərin xəstəxanaları lazım olan hər şeylə təmin olunub. Onlar müntəzəm işləyirlər. Həkimlər hazır vəziyyətdədir. Paytaxtın doğum evləri də işləyir və son 8 gündə Kiyevdə 390 körpə doğulub. Onlardan 199-u oğlan, 191-i qızdır" deyə Kliçko bildirib.

Eyni zamanda, mer qeyd edib ki, Kiyev zooparkında Bayraktar adı verilən lemur doğulub.

No description available.

No description available.

No description available.

No description available.


Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR