Rusiyada feysbuk sosial şəbəkəsinə giriş bloklandı

Rusiyada feysbuk sosial şəbəkəsinə giriş bloklanıb.

Metbuat.az xəbər verir ki, bu barədə "Roskomnadzor"un mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, 2020-ci ilin oktyabr ayından Rusiyada sosial şəbəkə tərəfindən informasiya resurslarına qarşı 26 ayrı-seçkilik faktı qeydə alınıb.

Son günlər bəzi media orqanlarının sosial şəbəkə hesablarına girişi məhdudlaşdırılıb. Bunların arasında "Zvezda" telekanalı, "RİA Novosti" xəbər agentliyi, "Sputnik", "Russia Today", "Lenta.ru" və "Gazeta.ru" informasiya resursları var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR