Ukraynada Rusiyanın 3 milyard dollarlıq texnikası vurub

Ukrayna ordusu 3 milyard ABŞ dolları dəyərində Rusiya texnikasını vurub.

Metbuat.az xəbər verir ki, bu barədə hesablamanı “Forbes Ukraine” aparıb.

Qeyd olunur ki, Rusiyanın məhv edilmiş texnikaları arasında 33 təyyarə, 37 helikopter, 251 tank və 939 zirehli döyüş maşını var.

Məhv edilən tankların dəyəri 1 milyard, zirehli texnikanın dəyəri 600 milyon, təyyarə və helikopterlərin dəyəri isə 1,1 milyard ABŞ dollardır. Texnikaların dəyəri açıq mənbələr əsasında hesablanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR